Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “SOCAR-AQŞ” MMC ötən ildə qazma üzrə proqnozları 101% yerinə yetirib
14.01.11 15:56

Neft və qaz sənayesi üçün müasir texnika və texnologiyalardan istifadə edərək yeni quyuların qazılması, mənimsənilməsi, əsaslı və yeraltı təmiri, eləcə də quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması kimi geniş spektrli işlər görən “SOCAR-AQŞ” MMC 2010-cu ildə qazma üzrə proqnozları 101% yerinə yetirib. ARDNŞ-in mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, ötən il qazmada tətbiq edilən müasir texnologiyalar sayəsində nəzərdə tutulan 25000 metr qazma keçidinə qarşı 25247 metrlik qazma işi həyata keçirilib. Təkcə dekabr ayı ərzində nəzərdə tutulmuş 1440 metrlik qazma keçidi əvəzinə 2347 metr qazma keçidi əldə edilib və aylıq proqnoza 163 % əməl olunub. Qeyd edək ki, “Günəşli” yatağındakı 2 dərin dəniz stasionar özülündə 3 qazma qurğusundan istifadə etməklə neft və qaz quyularının qazılması və tikintisi işlərini həyata keçirən müəssisə 11 saylı özüldə bir, 13 saylı özüldə isə iki qazma qurğusu vasitəsilə qazma işləri aparır. Xatırladaq ki, ümumilikdə, 2010-cu il ərzində “Günəşli” yatağında yerləşən 11 və 13 saylı DDSÖ-lərdə “SOCAR-AQŞ” tərəfindən yüksək debitli 6 neft və qaz quyusu qazılaraq sifarişçiyə təhvil verilib. Hazırda müəssisə 11 və 13 saylı özüllərdə 57 və 79 saylı quyuların tikintisini başa çatdırmaq üzrədir, 240 saylı quyuda isə qazma işlərini uğurla davam etdirir.
URL / WWW
http://kelam.az/news/a-2664.html