Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mirzə Babayevin ölümündən 8 il ötür
13.01.11 15:17

Bu gün Azərbaycanın məşhur müğənnisi və aktyoru Mirzə Babayevin ölümündən 8 il ötür. KƏLAMİNFO xəbər verir ki, M.Babayev 2003-cü il yanvarın 13-də, 90 yaşında dünyasını dəyişib. 1913-cü ildə dünyaya gələn istedadlı sənətkar Azərbaycanın musiqi tarixində özünəməxsus yer tutur.  M.Babayev 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olur. M.Babayevin həm də aktyorluq istedadı var idi. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə özünəməxsus obrazlar yaradıb. Müğənninin oxuduğu elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı idi. “Mirzə müəllimin mahnıları” ifadəsi xalq dilində artıq məxsusi deyimə çevrilmişdi. O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı.
M. Babayev həmçinin Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb.
URL / WWW
http://kelam.az/news/a-2656.html