Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ölkə kitabxanalarının 27,3% şəhər, 72,7%-i isə kənd yerlərinin payına düşür
25.11.09 20:54

Dövlət Statistika Komitəsi “Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinə keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Müayinə ilə əhatə olunan kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki, digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8507 kitabxananın 2322-si və ya 27,3% şəhər yerlərində, 6185-i və ya 72,7% kənd yerlərindədir. Tabeçilik baxımından onların 50,7% Təhsil Nazirliyinin (48% ümumtəhsil, 2,7% ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində), 46,6% Mədəniyyət və Turizm Nazirliyinin (44,8% kütləvi kitabxanalarda, 1,8% musiqi məktəblərində) 2,7% isə digər müəssisələrin nəzdində fəaliyyət göstərir. Kitabxanaların 23,4% Aran, 14,9% Gəncə-Qazax, 11,7% Lənkəran, 9% Şəki-Zaqatala, 8,4% Bakı şəhəri, 8,2% Quba-Xaçmaz, 7,1% Yuxarı Qarabağ, 5,8% Naxçıvan, 4,9% Dağlıq Şirvan, 4,5% Kəlbəcər-Laçın və 2,1% Abşeron iqtisadi rayonlarındadır. Kitabxanaların 111 mln. nüsxədən ibarət olan fondunun 80,5%-ni kitablar, 5,4%-ni qəzet və jurnallar, 14,1%-ni isə digər materiallar təşkil edir ki, onların da 72,8%-i şəhər, 27,2%-i isə kənd yerlərində fəaliyyət göstərən kitabxanaların payına düşür. Kitabxana fondunun 34,6% ümumtəhsil məktəblərində, 32% Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan kitabxanalarda, 21,4% elmi və elmi-texniki kitabxanalarda, 12% isə digər müəssisə və təşkilatların kitabxanalarındadır. Kitabxanalarda olan fondun 65,5% Azərbaycan, 31,1% rus, 2% ingilis dillərində, 1,4% digər dillərdədir. Azərbaycan dilində olan ümumi fondun 71,9% latın, 28,1% isə kiril əlifbasındadır. Azərbaycan dilinin latın qrafikasında olan fondun xüsusi çəkisi şəhər yerlərində 81,6%, kənd yerlərində 56,8%-dir. Qeyd edək ki, 2009-cu ilin I yarısında kitabxanalara 4,8 mln. müraciət olub, 53,4 mln. kitab və ya digər informasiya mənbələrindən istifadə edilib. Müraciətlərin 39,6%-i 18 yaşınadək uşaqlar tərəfindən olub. Kitabxanalardakı 1695 kompüterdən 94,2%-i şəhər, 5,8%-i isə kənd yerlərinin payına düşür. Ümumilikdə respublikada fəaliyyət göstərən 30 kitabxanada elektron kataloq mövcuddur. Qeyd edək ki, ölkə prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub.
URL / WWW
http://kelam.az/news/a-265.html