Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Nursultan Nazarbayev 2020-ci ilə qədər səlahiyyətlərinin artırılmasını qəbul etməyib
07.01.11 17:23

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev səlahiyyət müddətinin 2020-ci ilə qədər artırılmasını qəbul etməyib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident Konstitusiyaya dəyişikliklərin və əlavələrin referenduma çıxarma haqqında parlamentin təklifini rədd edib. Qazaxıstan Konstitusiyasının 54-cü maddəsinin 3-cü bəndinə əsasən prezident parlament tərəfiindən irəli sürülmüş təşəbbüsü rədd edib. Qeyd edək ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası Nursultan Nazarbayevin prezident səlahiyyətlərinin 2020-ci ilə kimi uzadılmasına dair referendum keçirmək barədə təşəbbüs qrupunun müraciətini qeydiyyata alandan sonra, referendum üçün bütün vilayətlər üzrə ən azı 200 min imza lazım idi. Xatırladaq ki, 70 yaşlı Nursultan Nazarbayev 20 ildən artıqdır hakimiyyətdədir. Onun 2012-ci ildə səlahiyyət müddəti bitir.
URL / WWW
http://kelam.az/news/a-2619.html