Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının açılışında iştirak edib
30.12.10 14:47

Prezident İlham Əliyev Bakıdakı Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, xəstəxananın kollektivi dövlət başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıb. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edilib. Prezident İlham Əliyev xəstəxananın əsaslı təmir və yenidənqurmadan sonra açılışı, Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tibb işçilərini təbrik edib. Səhiyyə naziri Oqtay Şirəliyev prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xəstəxanada görülmüş işlər haqqında ətraflı məlumat verib. Xəstəxana ilə tanışlıqdan sonra dövlət başçısı və xanımı səhiyyə ocağının tibb heyəti ilə xatirə şəkli çəkdirib.
URL / WWW
http://kelam.az/news/a-2589.html