Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirilir
30.12.10 14:47

Bu gün dördüncü çağırış Milli Məclisin payız sessiyasının sonuncu iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov öz adından və deputatlar adından prezident İlham Əliyevi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. Sonra millət vəkilləri müxtəlif məsələlərə dair fikir və münasibətlərini bildiriblər. İclasda “Dövlət rüsumu haqqında’ qanuna əlavələr müzakirəyə çıxarılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, əlavəyə əsasən Azərbaycanda qaçqın statusu almış şəxslər “Qaçqın vəsiqəsi” və ya “Yol sənədi”ni almaq üçün 5 manat dövlət rüsumu ödəyəcəklər. Daha sonra “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavələr müzakirəyə təqdim olunub. Layihə barədə məlumat verən deputat Əli Hüseynov qeyd edib ki, əlavədə qadın polis əməkdaşları üçün bəzi imtiyazlar nəzərdə tutulur. Belə ki, qadın polis əməkdaşına hamiləliyə və doğuşa görə ödənişli, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə öldənişsiz məzuniyyət almaq hüququ verilib. İclasda, həmçinin “Fərdi məlumatlar haqqında” qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər də müzakirə olunub. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə 300 manatdan 500 manatadək cərimə tətbiq ediləcək. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə Milli Məclisin deputatları və hakimlərə öz səlahiyyətlərini yerinə yetirmələri ilə bağlı xərclərin ödənilməsi üçün verilən aylıq pul təminatı və vəzifə maaşlarına aylıq əlavə pul təminatı gəlir vergisindən azad olunub. Daha sonra “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna əlavələr təqdim olunub. Sonda müzakirəyə çıxarılan məsələlər təsdiq edilib.
URL / WWW
http://kelam.az/news/a-2588.html