Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Əhmədov Metyu Brayzanın Azərbaycana səfər təyin edilməsinə münasibət bildirib
30.12.10 14:47

“Hesab edirəm ki, Azərbaycanla ABŞ arasında münasibətlərin bundan sonra da inkişaf etməsi üçün belə bir addımın atılması və gözlənilən qərarın qəbul edilməsi tamamilə normaldır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı yeni səfiri təyin edilməsi məsələsinə münasibət bildirərkən Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov hesab edir ki, bütövlükdə Azərbaycan cəmiyyəti və xalqı üçün ən çox gözlənilən məsələ Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə nizama salınmasına ABŞ-ın kömək etməsidir: “İnsanların əsas gözləntisi ABŞ-ın bu məsələyə müsbət münasibət bildirməsidir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Minsk Qrupu indiyə qədər fəaliyyət göstərib amma bizi qane edəcək nəticəsi yoxdur. Münaqişə öz həllini tapmayıb. Təbii ki bunun məsuliyyəti müəyyən dərəcədə Minsk qrupunun həmsədr dövlətlərindən biri olan ABŞ-ın üzərinə düşür. Hesab edirəm ki, Minsk qrupu məsələyə reaksiya verib lazımı nəticələr çıxarmalıdırlar. Yeni səfirdən gözlədiklərimizdən ən birincisi ABŞ-ın həmsədr dövlətlərdən biri kimi münaqişənin nizama salınmasında daha ciddi rol oynamasına öz töhfə verməsidir. Bunu isə zaman göstərəcək“,-deyə Ə.Əhmədov vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-2587.html