Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciət qəbul edib
30.12.10 14:47

Milli Məclisin bu gün keçirilən payız sesiyasının son iclasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciət qəbul edib. KƏLAMİNFO xəbər verir ki, müraciətdə deyilir: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 19 il öncə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin təməli qoyulub.Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla azərbaycanlı gücün birlikdə olması həqiqətini daha aydın dərk edir. Azərbaycan diaspor və icmaları arasında bağlar mövkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi vətənlə əlaqələrini gücləndirirlər. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişah edən ölkələri sırasındadır. Azərbaycanın uğurlarını öz uğurları, problemlərini isə öz problemləri sayan soydaşlarımız Qarabağ dərdinin sağalacağı, bir milyondan çox qaçqın və köçkünlərin doğma yurduna dönəcəyi günü gözləyirlər. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr Dağlıq Qarabağ probleminin həllini daha da yaxınlaşdıra bilərlər. Soydaşlarımız və həmvətənlərimiz Azərbaycanın dünyaya daha yaxından tanıdılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi istiqamətində də çox iş görə bilərlər.” Müraciətdə ümumdünya azərbaycanlıları ümummilli məqsədlərin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırılıb.
URL / WWW
http://kelam.az/news/a-2586.html