Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev: “Azərbaycanda azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyil”
30.12.10 14:47

“Çalışacağam ki, Azərbaycanda azad, müstəqil mətbuatın inkişafı üçün fəaliyyətimi davam etdirəm və demokratik islahatların aparılmasında hər zaman fəal olam”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev jurnalistlərin dostu mükafatının təqdimat mərasimində çıxışı zamanı bildirib. Prezident İlham Əliyev bildirib ki, hzırda ölkədə söz və mətbuat azadlığı təmin olunub. Dövlət başçısı qeyd edib ki, bu da müstəqilliyin bizə verdiyi imkanlardan biridir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda müstəqil, azad mətbuat müstəqilliyin ilk illərində yaransa da onun sistemli inkişafı ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra mümkün olub. “Bu sahədə əsaslı dönüş 1998-ci ildə ulu öndərin mətbuat üzərində senzuranın ləğvi barədə imzaladığı sərəncamla başlayfb. Hazırda hüquqi dövlət quruculuğunda xüsusi rola malik olan mətbuat və söz azadlığının bərqərar olması üçün ölkədə kompleks tədbirlər davam etdirilir. Azərbaycanda azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyil”,-deyən dövlət başçısı mətbuatın inkişafı prosesinin ölkədə uğurla davam etdiyini bildirib. Qeyd etdi ki, dövlətin əsas niyyəti Azərbaycan vətəndaşlarının informasiya əldə etmək imkanlarını genişləndirmək və yüksək səviyyədə təmin etməkdir.
URL / WWW
http://kelam.az/news/a-2585.html