Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ABŞ prezidenti B.Obama xüsusi səlahiyyətindən istifadə edərək Mətyu Brayzanı Azərbaycana səfir təyin edib
30.12.10 14:47

ABŞ prezidenti Barak Obama xüsusi səlahiyyətindən istifadə edərək Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinlərindən biri Mətyu Brayzanı, Senatın dəstəyi olmadan Azərbaycana səfir təyin edib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycanla yanaşı, eyni qərarla Türkiyə və Suriyada vakant qalan ABŞ səfirləri vəzifələri də doldurulub. Məlum olduğu kimi, bu məsələ neçə ay idi ki, Vaşinqtonun siyasi dairələrində müzakirə mövzusuna çevrilmişdi. M.Brazyanın Bakıya səfir kimi namizədliyinin təsdiqi Senatın Xarici Məsələlər üzrə Komitəsinin iki ermənipərəst üzvü Barbara Bokser və Robert Menendez tərəfindən ləngidilirdi. Cari ilin mayında Ağ Ev tərəfindən irəli sürülən namizəd əvvəlcə Senatın Komitəsi, daha sonra isə Senatın tam tərkibi tərəfindən təsdiqlənməli idi. Bokser və Menendez Komitə səviyyəsində səsvermə zamanı azlıqda qalaraq M.Brayzanın namizədliyinin qarşısnı ala bilməmişdilər. Lakin onlar ABŞ siyasi sitemində olan boşluqlardan istifadə edərək Azərbaycana səfir namizədin Senatın tam tərkibinə səsverməyə çıxarılmasına “veto” qoya bildilər. Ağ Evin başçısı bu qarşıdurmadan çıxış yolunu Konstitusiya tərəfindən ona verilən səlahiyyətdə tapdı. Belə ki, Senat hökumət vəzifələrinə namizədləri təsdiq etmədən tətilə gedərsə, ABŞ prezidenti “tətil təyinatları” etmək hüququna malik olur. Barak Obama məhz bu səlahiyyətindən istifadə edərək, M.Brazyanı Azərbaycana, Fransis Rikkardoneni Türkiyəyə, Robert Stifen Fordu isə Suriyaya səfir göndərib. ABŞ Konstitusiyasına uyğun olaraq, Ağ Evin “tətil təyinatları”nın qüvvədə qalması üçün bir ildən sonra Senat tərəfindən yenidən nəzərdən keçirilməlidir.
URL / WWW
http://kelam.az/news/a-2583.html