Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Strateji valyuta ehtiyatları 1 dekabr 2010-ci il tarixinə 30 mlrd. dollara çatıb
30.12.10 16:05

Cari ilin 11 ayında ölkədə iqtisadi artım 4.5% olub, o cümlədən qeyri-neft sektoru 5.9% artıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Bankdan veriblər. Hesabat dövründə sənayedə faktiki istehsal indeksinin və istehsal güclərindən istifadə səviyyəsinin yüksəlməsi müşahidə olunub. Mikroiqtisadi monitorinqlərə görə istehsalı və dövriyyəsi çoxalan müəssisələrin sayı ötən illə müqayisədə artıb. Qeyri-neft sənayesində artım 5.9% olub, sənaye, xidmət və ticarət üzrə Biznes İnam İndeksi ötən ilə nəzərən yaxşılaşıb. Cari ilin ötən 11 ayında əhalinin nominal pul gəlirlərinin 12%, ev təsərrüfatlarına bank kreditlərinin isə 14.7% artımı daxili tələbin artmasına müsbət təsir edib. Ticarətdə faktiki satış, xidmətdə isə tələb indeksinin yüksəlməsi baş verib. Ötən 11 ayda investisiya qoyuluşları 15.2%, o cümlədən qeyri-neft sektorunda 7.7% artıb. Cari ilin 9 ayında cari əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrünə nəzərən 69% yüksələrək 12 mlrd. $-a yaxınlaşıb ki, bu da kapital hesabının kəsirini örtərək valyuta ehtiyatlarını 9.7 mlrd. $-dan çox artırıb. Strateji valyuta ehtiyatları 1 dekabr 2010-ci il tarixinə 30 mlrd. $-a çatıb və 3 illik mal və xidmət idxalına kifayət edib.
URL / WWW
http://kelam.az/news/a-2580.html