Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qanunsuz qum daşıyanlar cərimələnib
30.12.10 16:05

Kürdəxanı bağ sahələrindən qumun daşınaraq bitki örtüyünün məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir qrup vətəndaş tərəfindən daxil olmuş şikayət ərizələri Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Aparılan araşdırma zamanı Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları massivində “Kamaz” markalı AZ 58 BA 633 dövlət nömrə nişanlı, “HOVVO” markalı AZ 90-639 dövlət nömrə nişanlı, “ZİL” markalı AZ 20 AC 333 dövlət nömrə nişanlı, Pirşağı qəsəbəsinin Xəzər dənizi sahilində “Kamaz” markalı AZ 58 BA 630 dövlət nömrə nişanlı və “OAMKZ” markalı avtomobillər vasitəsilə qum daşınması faktları aşkarlanaraq təqsirkarlar barəsində akt və protokol tərtib edilib. Keçirilən növbəti reyd zamanı Pirşağı qəsəbəsinin sahil zonasında və “Qızılqum” sanatoriyası ilə Xəzər dənizi arası ərazidə yükləyicilər tərəfindən dövlət nömrə nişanı olmayan yük maşınlarına qum yüklənməsi faktı müəyyənləşdirilərək sənədləşdirilib. Təbiətə vurulmuş ziyana görə cavabdeh şəxslər inzibati qaydada 3600 manat məbləğində cərimə olunub, fiziki şəxslərə qarşı isə ümumilikdə 3130 manat məbləğində iddia qaldırılıb. Qeyd olunan ərazilərdən qum daşınmasının qarşısının alınması istiqamətində birgə tədbirlərin keçirilməsi məqsədilə ETSN tərəfindən Daxili İşlər Nazirliyinə müraciət olunub.
URL / WWW
http://kelam.az/news/a-2579.html