Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Palmali Şirkətlər Qrupu” uşaqlar üçün şənlik təşkil edib
29.12.10 16:25

“Palmali Şirkətlər Qrupu” və bu holdinqə daxil olan “PalSüd” şirkəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramına həsr olunan şənlik təşkil edib. “Palmali Şirkətlər Qrupu”nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Lökbatan qəsəbəsində yerləşən 39 saylı Uşaq Kardio – Revmotoloji Sanatoriyada baş tutub. Yeni ilin müjdəçisi olan Şaxta baba və uşaqların sevimlisi olan klounların iştirakı ilə hazırlanan maraqlı proqramda iştirak edən uşaqlar vətənpərvərlik və yeni il mövzusunda mahnılar və şerlər səsləndiriblər. Bundan əlavə, sanatoriyanın bütün balaca sakinlərinə “PalSüd” şirkətinin məhsullarından hədiyyə edilib və onlar üçün bayram süfrəsi açılıb.
URL / WWW
http://kelam.az/news/a-2574.html