Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DSMF əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sərəncamları icra edib
29.12.10 16:25

Cari ildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən prezident İlham Əliyevin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 4 Sərəncamı icra olunub. Fondun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncama əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə cari ilin yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun artım tətbiq edilib, cari yanvarın 1-dən etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb, Prezidentin 22 aprel 2010-cu il tarixli Sərəncamı ilə 1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına 500 manat, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 200 manat birdəfəlik maddi yardım edilib, "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Sərəncamla 1 sentyabr 2010-cu il tarixdən əmək pensiyalarının baza hissəsi 13,3% artırılaraq 75 manatdan 85 manata qaldırılıb. İl ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi vaxtında həyata keçirilmiş, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub. Cari ildə "2009-2015-ci illərdə ölkədə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün müvafiq addımlar atılıb.
URL / WWW
http://kelam.az/news/a-2573.html