Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sabah respublikanın qərb rayonlarında güclü yağış gözlənilir
29.12.10 16:25

Sabah respublikanın qərb rayonlarında güclü yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Departamentindən KƏLAMİNFO-ya verilən məlumata görə, ölkənin mərkəzi rayonlarında isə gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında isə, sabah hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub-qərb, cənub küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 6-9, gündüz 13-16 dərəcə isti təşkil edəcək.
URL / WWW
http://kelam.az/news/a-2571.html