Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Rövnəq Abdullayev: “Qazaxıstan neftinin BTC kəməri ilə daşınmasında heç bir problem yoxdur”
27.12.10 20:24

Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstan neftinin daşınmasında heç bir problem yoxdur. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onu sözlərinə görə, hazırda Qazaxıstan tərəfi daşımalarda əsasən dəmir yolundan istifadə edərək, nefti əvvəl Batumiyə, buradan isə Qara dənizə çıxarmağa üstünlük verir. “Bunun əsas səbəbi də Qazaxıstan neftinin Rumıniyadakı neftayırma zavodlarına çatdırılmasıdır”,-deyən R.Abdullayev Qazaxıstan neftinin bu üsulla daşınmasının Azərbaycana ziyanı olmadığını söyləyib. “Neftin BTC və ya dəmir yolu ilə nəqlindən asılı olmayaraq, hər iki variantda Azərbaycan infrastrukturu istifadə olunur və həm dəmir yolu, həm də boru kəməri əlavə gəlir gətirir”,-deyə şirkət rəhbəri əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-2554.html