Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » VHP Gənclər Təşkilatına yeni sədr seçilib
27.12.10 20:24

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının (GT) növbəti IX konfransı keçirilib. VHP-dən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransın işində 108 nümayəndədən 98 nəfər iştirak edib. VHP Gənclər Təşkilatının sədr Pərviz Həsənov hesabat məruzəsi ilə çixış edib. O, təşkilatın keçdiyi yol, ötən konfransdan keçən müddət ərzində görülmüş işlər, təşkilatın fəaliyyəti, seçkili orqanların işləri və digər məsələlər barədə məlumat verib. Sonra VHP Gənclər Təşkilatı Nəzarət-Təftiş Qrupunun katibi Niyaz Ağasəfoğlu təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirdiklərini bildirib. VHP sədri Sabir Rüstəmxanlı çıxışında ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər, rəhbərlik etdiyi təşkilatın proseslərə yanaşması və fəaliyyəti barədə məlumat verib. Sonda VHP Gənclər Təşkilatına sədr seçkisi keçirilib. Seçkinin nəticəsi olaraq Emil Bağırov VHP Gənclər Təşkilatının sədri seçilib. VHP Gənclər Təşkilatının Məclisinə 20, Nəzarət-Təftiş Qrupuna isə 4 nəfərin namizədliyi irəli sürülüb və səsvermənin nəticəsi olaraq Məclisə 17, Nəzarət-Təftiş Qrupuna 3 nəfər seçilib. Sonra VHP Gənclər Təşkilatı Məclisinin ilk iclası keçirilib və 9 nəfərlik Şura seçilib.
URL / WWW
http://kelam.az/news/a-2550.html