Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ramil Səfərova məxsus saytın yaradıcı heyəti bəyanat yayıb
27.12.10 20:24

Azərbaycanın Macarıstanda həbsdə olan qəhrəman oğlu Ramil Səfərova məxsus yaradılan www.ramilsafarov.org saytının yaradıcı heyəti bəyanat yayıb. KƏLAMİNFO xəbər verir ki, bəyanatda bu ilin aprel ayından etibarən qeyd olunan saytın domeninin itirildiyi və domeni ələ keçirən şəxslərin onu əxlaqsız porno-sayta yönləndirdiklərini bildirlir.Bəyanatda qeyd olunur ki, bu, sayt kollektivinin deyil, saytın təhlükəsizliyi üçün cavabdeh olan hostinq şirkətinin məsuliyyətsizliyi üzündən baş verib. “Hadisə ilə əlaqədar sayt kollektivi müəyyən tədbirlər görüb, domenlərin qeydiyyatını təşkil edən ICANN təşkilatına və müvafiq təşkilatlara məktublar ünvanlayıb, lakin domenin bərpası hələ ki, mümkünsüz olduğundan saytın tərkibi yeni bir ünvana- www.ramilsafarov.info domeninə yönləndirilib. Bundan başqa, www.ramilsafarov.com, www.ramilseferov.com, www.ramilsafarov.net, www.ramilseferov.net və www.ramilseferov.org domenləri vasitəsilə də saytımıza daxil olmaq mümkündür. Bununla bağlı təcili olaraq saytımızın yeni ünvanında məlumat yerləşdirilməsinə baxmayaraq (http://ramilsafarov.info/index.php?dil=az&s=movqe&id=38) hələ də yalnış informasiyalar yayıldığından məsələyə yenidən qayıdıb sayt kollektivi olaraq professional olmasaq belə Ramil Səfərova hər zaman sadiq olduğumuzu, məsələ ilə bağlı əlimizdən gələn hər şeyi etdiyimizi və yeni ünvanda (www.ramilsafarov.info) fəaliyyət göstərməsini bildirmək istəyirik”,-deyə bəyanatda bildirlir.
URL / WWW
http://kelam.az/news/a-2543.html