Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Abbasov Minskə yola düşüb
24.11.09 22:31

Bu gün rabitə və informasiya texnologiyaları (RİTN) naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə səfər edib. Bu barədə məlumatı RİTN-nin mətbuat xidmətindən veriblər. Nümayəndə heyəti Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiya Başçıları Şurasının cari ilin 25 noyabr tarixində keçiriləcək 41-ci iclasında iştirak edəcək. İclasda Beynəlxalq Telekommunikasiya İttifaqının ümumdünya forumlarına hazırlıqda rabitə administrasiyaların qarşılıqlı əməkdaşlığı, RRB-nin daxili fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.Ə.Abbasov həmçinin 26-27 noyabr tarixlərində Minskdə keçiriləcək “MDB məkanını birləşdirək” adlı yüksək səviyyəli görüşdə iştirak edəcək. Görüşün məqsədi insan, maliyyə və texniki resursların bütün region ölkələrinin gələcəyin inkişafı, məşğulluğun təmin olunması, iqtisadi artım və sosial-iqtisadi inkişaf baxımdan geniş qəbul olunan rəqəmsal infrastruktur və xidmətlərə keçidinə səfərbər edilməsindən ibarətdir. Beynəlxalq Telekommunikasiya İttifaqı və onun tərəfdaşları tərəfindən təşkil olunmuş tədbirə ölkə və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatlar və İKT sahəsində çalışan şirkətlərin nümayəndələri qatılacaq. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tədbirin sponsorlarındandır.
URL / WWW
http://kelam.az/news/a-254.html