Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İnformasiya texnologiyaları ilə bağlı daha 4 Dövlət standartı təsdiq edilib
17.12.10 19:40

Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsi (TK 05) tərəfindən təqdim edilmiş AZS 492-2010, AZS 493-2010, AZS 494-2010, AZS 497-2010 Dövlət standartları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib və tətbiq vaxtı dekabr ayının 20-dən müəyyən edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Komitəsinin mətbuat xidmətindən veriblər. AZS 492-2010 (İSO/İEC 27005-2008) "İnformasiya texnologiyaları - Təhlükəsizlik metodları - İnformasiya təhlükəsizliyi risklərinin idarə olunması" standartı informasiya təhlükəsizliyi risklərinin idarə olunması üzrə təlimatları nəzərdə tutur. Sənəd təşkilatın informasiya təhlükəsizliyini etibardan sala bilən riskləri idarə etməyi nəzərdə tutan bütün növ təşkilatlar (məsələn, komersiya müəssisələri, dövlət agentlikləri, qeyri-kommersiya təşkilatları) üçün tətbiqə yararlıdır. AZS 493-2010 (İSO/İEC TR 18044-2007) "İnformasiya texnologiyaları - Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri - İnformasiya təhlükəsizliyi insidentlərinin idarə olunması" standartı III növ Texniki Hesabat informasiya təhlükəsizliyi administratorları və informasiya sistemi, xidməti və şəbəkələrinin administratorları üçün informasiya təhlükəsizliyi insidentinin idarə olunması ilə bağlı tövsiyə və təlimatları nəzərdə tutur. AZS 494-2010 (İSO/İEC 27001-2005) "İnformasiya təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükləsizliyinin idarə edilməsi sistemləri. Tələblər" standartı informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin (İTİS) yaradılması, tətbiqi, işləməsi istismarı, daim nəzarət edilməsi, təhlili, işlək vəziyyətdə saxlanması və təkmilləşdirilməsi üzrə model təqdim etmək üçün işlənib hazırlanmışdır. Tövsiyə edilir ki, İTİS-in qəbul edilməsi təşkilat üçün strateji qərar olsun. Bu standartdan uyğunluğun qiymətləndirilməsi üçün maraqlı olan daxili və xarici tərəflər istifadə edə bilər. AZS 497-2010 (İSO/İEC 11770-1-2007) "İnformasiya texnologiyaları. Təhlükəsizlik metodları. Açarların idarə olunması. Hissə 1. Struktur" standartı açarın idarə olunmasının məqsədlərini müəyyənləşdirir. Açarın idarə olunması mexanizmlərinin əsaslandığı ümumi modeli təsvir edir. Bu çoxhissəli standartın bütün hissələri üçün ümumi şəkildə açarın idarə olunmasının əsas konsepsiyalarını müəyyən edir.
URL / WWW
http://kelam.az/news/a-2497.html