Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan Ermənistanı iki seçim qarşısında qoyub
19.11.09 20:42

Hazırda bir sıra məsələlərlə yanaşı Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağın boşaldılması da müzakirə predmetidir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov söyləyib. O qeyd edib ki, prinsipial olaraq başqa variant da yoxdur. “Əslində Ermənistanın iki seçimi var. Ya münaqişə həll olunmur, ya da, azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra status müəyyənləşdirilir. Hazırda başqa seçim yoxdur. Ona görə də, müzakirələr davam etdirilirsə, deməli, bu məsələlər masa üzərində qalmaqdadır. Lakin hər şey razılaşdırılmayana qədər heç şey razılaşdırılmayıb. Ona görə də, xüsusilə Ermənistanla bağlı bu prinsip bir daha vurğulanmalıdır”,-deyə A.Əzimov əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-247.html