Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Aşura günündə İçəri şəhər “Cümə” məscidində qanvermə aksiyası keçiriləcək
13.12.10 19:34

İçəri şəhər “Cümə” məscidində qanvermə aksiyası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya məscidin dini icmasının sədri, axund Hacı Surxay Məmmədli bildirib. “Məsciddə qanvermə aksiyasının təşkili ənənəvi hal alıb. İçəri şəhər “Cümə” məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər”,-deyən Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir.Onun sözlərinə görə, talassemiya, hemofiliyadan və digər qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik. “Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işlərinə başlanıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulmacaq”,-deyə Hacı Surxay əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-2464.html