Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ATİB tələbələri mükafatlandırdı
13.12.10 19:34

Bu gün Park İnn otelində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tələbələr arasında “yaşıl iqtisadiyyat” mövzusunda elan etdiyi esse (məqalə) müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən UBCCE-nin birinci vitse-prezidenti və ATİB-in fəxri sədri Ahmet Erentok söyləyib ki, Birliyin müsabiqəni keçirməkdə əsas məqsədi xususən son dövrlər ekaloji dəyişikliklərə davamlı iqtisadi inkişafı birləşdirən nisbətən yeni yanaşmalardan olan “yaşıl iqtisadiyyat” konsepsiyasını həyata keçirtməkdir. Qeyd edək ki, müsabiqədə iştirak edən tələbələr “yaşıl iqtisadiyyat” anlayışı və konsepsiyanın yaranma zərurəti; “yaşı iqtisadiyyat” iqlim dəyişiklikləri və davamlı iqtisadi inkişaf; bərpa olunan enerji mənbələrindən istifadənin iqtisadi faydaları; tullantıların təkrar emalı sistemlərindən istifadənin beynəlxalq təcrübəsi; torpaq və su resurslarından ekaloji təmiz istifadə və “yaşıl biznes” anlayışı; “yaşıl iqtisadiyyat texnalogiyaları və onların Azərbaycanda tətbiqi mövzularında məqalələr yazıblar. Müsabiqəyə ümumilikdə Azərbaycanın 11 Universitetidən 35 tələbə yazı təqdim edib. Xatırladaq ki, qalib olan tələbələr müvafiq diplomlar və pul mükafatları ilə təltif olunublar.
URL / WWW
http://kelam.az/news/a-2463.html