Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DAK-ın Rusiya nümayəndəliyi dövlət qeydiyyatına alınıb
19.11.09 20:42

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Rusiya nümayəndəliyinin müraciətini müsbət cavablandırıb. Ədliyyə qurumu bütün sənədlərin qaydasında olduğunu bildirərək, konqresin yerli şöbəsinin dövlət qeydiyyatına alınması barədə qərar verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DAK-dan veriblər. Xatırladaq ki, DAK-ın Rusiya nümayəndəliyi uzun illərdir təsis olunub. Ancaq indiyədək qeydiyyatsız fəaliyyət göstərirdi. DAK həmsədrliyinə Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədrliyinə Əjdər Tağızadə gətirildikdən sonra DAK İdarə Heyətinin Rusiyadan olan üzvləri – DAK həmsədrlərinin MDB üzrə müavini Abuzər Bağırov, Mirəşrəf Fətiyev, Rəhman Abbasov, Tahir Hacıyev və digər soydaşlarımızın ciddi səyləri nəticəsində bu sahədə də müsbət irəliləyiş əldə olunub. Qeyd edək ki, hazırda DAK-ın Rusiya nümayəndəliyinin sədri konqresin İdarə Heyətinin üzvü Mirəşrəf Fətiyevdir. Xatırladaq ki, cari ilin oktyabrında Ukrayna Ədliyyə Nazirliyi DAK-ın Ukrayna nümayəndəliyini dövlət qeydiyyatına alıb.
URL / WWW
http://kelam.az/news/a-246.html