Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Azərbaycan-Şimali Kipr Türk gənclərinin dostluq qrupunun” təsis edilməsi ilə əlaqədar tədbir keçirilib
13.12.10 19:34

Bu gün Atatürk Mərkəzində Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələr “Azərbaycan-Şimali Kipr Türk gənclərinin dostluq qrupunun” təsis edilməsi ilə əlaqədar tədbir keçiriblər. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Respublikasının Bakıdakı təmsilçiliyinin rəhbəri Zəki Qazioğlu və bir sıra gənc fəallar iştirak edib. “Şimali Kipr Türk gənclərinin dostluq qrupunun” rəhbəri Ramiz Alıyev bildirib ki, ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan dövlətçilik ənənələri bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Biz də gənclər olaraq öz fəaliyyətimizdə milli dövlətçiliyi, milli mənliyi rəhbər tutaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, mədəniyyətimizi,adət-ənənlərimizi beynəlxalq aləmdə təbliq etməyi qarşımızda məqsəd qoymuşuq”,-deyə R.Alıyev vurğulayıb. Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı təmsilçiliyinin rəhbəri Zəki Qazioğlu bildirib ki, bir neçə il əvvə Azərbaycandan ŞKTC-yə təhsil alma 50-60 nəfər gəlirdisə bu gün onların sayı 300-ü keçib. Onun sözlərinə görə, artıq tələbələr həm də Şimali Kiprin taleyi ilə maraqlanırlar. O, Şimali Kipr azərbaycanlı iş adamlarının da daiam diqqət mərkəzində olduğunu söyləyib. Gələcəkdə də bu ənənənin davamlı olacağına ümid etdiyini qeyd edib.
URL / WWW
http://kelam.az/news/a-2459.html