Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Millət vəkilləri Frankfurt şəhərinə səfər edir
19.11.09 20:42

Sabah Milli Məclis sədrinin müavini Bahar Muradova və deputat Fazil Qəzənfəroğlu Avropa Azərbaycanlıları Konqresi və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında iştirak etmək üçün Almaniyanın Frankfurt şəhərinə yola düşəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya MM-dən veriblər. Tədbirdə “Azərbaycan-Türkiyə: ortaq tarix, ortaq maraqlar və problemlər” , eləcə də “Azərbaycanla Türkiyənin qloballaşan dünyaya inteqrasiyası” mövzusunda müzakirələr aparılacaq. Toplantıda həmçinin, hər iki ölkənin diaspor təşkilatları arasında əməkdaşlıq, münasibətlərimizin perspektivləri, inkişaf səviyyəsi, xaricdə yaşayan soydaşlarımızda ictimai-siyasi fəallığın artırılması, ölkəmiz tərəfindən buna dəstək, diaspor təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılacaq. Regionda təhlükəsizliyə və sabitliyə maneə törədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər tədbir iştirakçılarının diqqətinə çatdırılacaq. Bahar Muradova tədbirdə “Türk PA türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında mühüm amil kimi” mövzusunda məruzə ilə çıxış edəcək.
URL / WWW
http://kelam.az/news/a-245.html