Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İstirahət ocaqlarının çarpayı fondunun 70 faizindən çox hissəsində qaçqın və məcburi köçkünlər yaşayır
10.12.10 20:16

Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdindəki istirahət ocaqlarının çarpayı fondunun 70 faizindən çox hissəsində qaçqın və məcburi köçkün bacı-qardaşlarımız yaşayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı AHİK sədri, millət vəkili Səttar Mehbalıyev sanatoriyalarda məskunlaşan məcburi köçkünlərin nə vaxt köçürüləcəyi məsələsinə münasibət bildirəkən söyləyib. Ölkə Prezidentinin Sərancamı ilə məcburi köçkünlər üçün müasir tipli evlərin tikildiyi və Azərbaycanda çadır şəhərciklərinin ləğv edildiyini xatırladan S.Mehbalıyev hazırda onların bir qisminin ictimai binalar, məktəblər, dövlət binaları, həmçinin sanatoriyalar və digər yerlərdə yaşadıqlarını qeyd edib. S.Mehbalıyev ümid etdiyini vurğulayıb ki, yerdə qalan məcburi köçkünlərin köçürülməsi prosesi də növbəlik əsasında öz həllini tapacaq. Köçürmə prosesinin hansı istirahət ocağından başlayacağına gəlincə, S.Mehbalıyev bildirib ki, hələlik bu barədə dəqiq planları yoxdur.
URL / WWW
http://kelam.az/news/a-2449.html