Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » NATO ilə tərəfdaş ölkələr arasında ikitərəfli sazişlər imzalamalıdır
19.11.09 20:42

NATO-nun tərəfdaş ölkələrin təhlükəsizliyinə təminat verməsinə ehtiyac var. KƏLAMİNFO xəbər verir ki, bu təklifi Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda “NATO-nun yeni strateji konsepsiyası: tərəfdaşların müzakirələrə töhfəsi” mövzusunda keçirilən seminarda səsləndirib. Hazırda Azərbaycanın da təhlükəsizliyinin sual altında olduğunu vurğulayan A.Əzimov təklif edib ki, NATO ilə tərəfdaş ölkələr arasında ikitərəfli sazişlər imzalansın. Onun sözlərinə görə, əks təqdirdə bu, alyansın gələcək arxitekturasına neqativ təsir göstərə bilər. Ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələrə toxunan A.Əzimov NATO ilə tərəfdaş ölkələr arasında ikitərəfli sazişlər imzalanmasının zəruri olduğunu söyləyib və bildirib ki, bu sazişlərdə tərəflərin məsuliyyət və öhdəlikləri ilə yanaşı, tərəfdaş ölkələrin təhlükəsizlik qarantiyası da öz əksini tapmalıdır. A.Əzimov hazırda ölkəmizin NATO-ya üzvlük məsələsinin gündəmdə olmadığını açıqlayıb.
URL / WWW
http://kelam.az/news/a-244.html