Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Xəbərlər
» Bakıda dövlət qulluqçuları üçün seminar təşkil edilib
08.12.10 20:15
Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Avropa İttifaqının maliyyəsi əsasında fəaliyyət göstərən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət qulluğu sahəsində ixtisaslaşmış təşkilatı olan SİGMA-nın təşkilatçılığı ilə “Dövlət qulluğunda insan resurslarının idarəedilməsi sahəsində qanunçuluq və məcburilik” mövzusunda seminar təşkil edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQMK-dən veriblər. Seminarda Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının dövlət qulluğu, kadrlar və insan resurslarının idarəedilməsi sahəsinə məsul olan struktur bölmələrin rəhbərləri və əməkdaşları iştirak ediblər. Seminarda çıxış edən SİGMA-nın baş inzibatçısı Volfanq Ruş təmsil etdiyi təşkilatın yaradılması məqsədlərindən və gördüyü işlərdən danışıb. O, SİGMA ilə DQMK-nin əməkdaşlığını yüksək qiymətləndirib və birgə həyata keçirdikləri layihələr barədə məlumat verib. Almaniyadan olan ekspert Bernard Burkholts “Kadr əmrlərinin qanuniliyi və məcburiliyi”, Fransadan olan ekspertlər Aderito Sançes “İnkişaf və motivasiya - dövlət qulluğunda mühüm kadrların idarəedilməsi vasitələri” və professor Cerard Marco “Dövlət qulluğu ilə bağlı mövcud qanunvericiliyin Avropa perspektivindən qiymətləndirilməsi” mövzularında təqdimatla çıxış ediblər. Sonda mövzu ətrafında müzakirə keçirilib.
URL / WWW
http://kelam.az/news/a-2427.html