Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Uşaqlarının I Forumunun təşkili ilə bağlı mətbuat konfransı keçirilib
19.11.09 20:42

Bu gün Bakıda Azərbaycan Uşaqlarının I Forumunun təşkili ilə bağlı mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən “NUR” Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova Forumun 23-24 noyabr tarixlərində Azərbaycanda 2009-cu il - Uşaq İlinin yekunlarına və Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunaraq keçiriləcəyini bildirib. S.Muradova qeyd edib ki, Forumun keçirilməsinə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası dəstək verir. O, vurğulayıb ki, Azərbaycanın 56 rayon və şəhərlərindən nümayəndə seçilmiş 18 yaşınadək 250 uşaq Foruma təklif və təşəbbüsləri ilə qatılacaqlar. Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, 2009-cu ilin ölkə başçısının təşəbüsü ilə Azərbaycanda Uşaq İli elan olunması ictiamiyyətin diqqətini uşaqlara sıx yönəldilməsi mahiyyətini daşıyır. Forumun yekununda Azərbaycan Uşaqlarının I Forum Bəyənnaməsinin qəbulu da nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/news/a-240.html