Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Deputatlarımız Moskvaya yola düşüb
21.10.09 20:25

Milli Məclisin deputatlarından ibarət nümayəndə heyəti Rusiya Dövlət Dumasında Ermənistan parlamentinin üzvləri ilə görüşmək üçün bu gün Moskvaya yola düşüblər. Bu barədə məlumatı parlamentdən veriblər. Rusiya Dövlət Dumasında oktyabrın 22-də təşkil olunacaq görüşdə Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaq. Görüşdə Azərbaycan və Ermənistan deputatları ilə yanaşı, Rusiya Dövlət Dumasının üzvləri də iştirak edəcək. Azərbaycan nümayəndə heyətinə Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov, komitənin sədr müavini Rövşən Rzayev, deputatlardan Sabir Hacıyev, Gülər Əhmədova və Mixail Zabelin daxildir. Toplantıda həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko da iştirak edəcək.
URL / WWW
http://kelam.az/news/a-24.html