Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Torpaq qanunvericiliyini pozanlar 39566 manat cərimə olunub
03.12.10 21:14

Cari ilin 9 ayı ərzinə 1039 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Dövlət Torpaq və Xəritəçəkə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov söyləyib. O qeyd edib ki, sözügedən pozuntunun 321-i xəbərdarlıq edilməklə aradan qaldırııb, 718 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib, pozuntuya yol verənlər 39566 manat cərimə olunub. “Bunun da 11558 manatı ödənilib və 28 min manat ödənilməyən cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Həmin inzibati xəta halının 2-i vəzifəli, 77-i hüquqi və 960-ı isə fiziki şəxslər tərəfindən törədilib”,-deyə Q.Məmmədov vurğulayıb.
Q.Məmmədov qeyd edib ki, bu günə qədər isə ümumilikdə bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzrə 7104 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib. “Bundan 4039 hal xəbərdarlıq edilməklə aradan qaldırılıb. 3065 inzibi xəta halı ilə bağlı protokol tərtib edilib, pozuntuya yol verənlər 110258 manat cərimə olunub. Həmin məbləğin 45 331 manatı ödənilib və 66457 manat ödənilməyən cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Həmin inzibati xəta halının 82-i vəzifəli, 310-u hüquqi və 6687-i isə fiziki şəxslər tərəfindən törədilib”,-deyə komitə sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-2395.html