Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Cümşüd Nuriyev: “Turqut Ər sırf hemşilldir- ermənidir”
03.12.10 21:14

İndiki ərəfədə “WikiLeaks” saytında və Turqut Ərin kitabında Azərbaycan hakimiyyətinin ittiham olunması təsadüfü deyil. Astana sammiti ərəfəsində ciddi qüvvələr tərəfindən sırf məqsəd yönlü idi. Region ölkələrindən fərqli olaraq Azərbaycanın xarici siyasətində müstəqil qərarlar qəbul etməsi çoxlarını narahat edir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib.Onun sözlərinə görə, bu fakt özünü onda göstərir ki, hər iki ittihamın müəllifi nəşr edəcəkləri ittihamları ilə bağlı bir müddət əvvəldən ara-sıra xəbərdarlıqlar edirdilər. “Məsələn, T.Ər 1994-cü ildən Azərbaycandan gedib və 2005-ci ildən də ümumiyyətlə diplomatik fəaliyyətdən təqaüdə çıxıb. Belə olan təqdirdə nə üçün o, bu kitabı Azərbaycandan getdikdən sonra və yaxud da təqaüdə çıxdıqdan sonra məhz bu ərəfədə ortaya atır? Eyni zamanda peşəkarcasına onu Azərbaycandakı məkrli qəzetlərin vasitəsilə ölkə ictimaiyyətinə sırıyır. Cavab sadədir; çünki, artıq indi Azərbaycan Qarabağ məsələsi ilə bağlı Ermənistanı küncə sıxışdırıb, bölgədə baş verən dövlətlərarası intiriqalarda bitərəfliyini qoruya bilir, Astana sammitində xeyli ölkələrin dəstəyini qazanır və s. Bütün bunlar əlbəttə ki, regionda məkrli marağı olan qüvvələri qane etməyəcək və təbii olaraq T.Ər kimi vasitələrdən istifadə olunacaq”,-deyə politoloq fikrini açıqlayıb. C.Nuriyev qeyd edir ki, burada erməni lobbiləri çox fəaldır və bunda T.Ərin milli mənşəyi də asan rol oynayır. “Mən çox araşdırdıqdan sonra maraqlı bir faktla rastlaşdım: T.Ər Türkiyədə Ərzurumun Neriman ilkəsindəndir. Burada da əsasən hemşillər yaşayır. Hemşillər isə Türkiyədə tarixən İslamı qəbul edən ermənilərdir. Bunlar Türkiyədə Rizədə və Ərzurumda yaşayırlar. T.Ər də sırf hemşilldir- ermənidir. Ona görə də, belə bir adamın ABŞ-da yaşaması və erməni lobbisinin diqqətindən kənarda qalması ağlabatan deyil”,-deyə C.Nuriyev vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-2392.html