Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Quş qripi” xəstəliyi ilə əlaqədar ölkə ərazisində quş ovuna bir aylıq müvəqqəti qadağa qoyulub
03.12.10 21:14

Son günlər Türkiyədə 4, Honq-Konq və Gürcüstanda isə 1 nəfərdə “quş qripi” xəstəliyinin (H1N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.
Cənub-Şərqi Asiyadan Azərbaycana vəhşi quşların miqrasiya etməsi, Gürcüstan və Türkiyə Respublikalarının isə ölkəmizlə həmsərhəd olması xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dekabrın 1-dən ölkə ərazisində quş ovuna bir aylıq müvəqqəti qadağa qoyulub, quş ovu üçün Nazirliyin Ərazi Şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi dayandırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər.
Məsələ ilə əlaqədar yekun qərar qəbul olunması üçün “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası”na müraciət edilib.
Xatırladaq ki, çoxsaylı ovçuların müraciətləri nəzərə alınaraq 05 noyabr 2010-cu il tarixində ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan edilmişdi.
URL / WWW
http://kelam.az/news/a-2390.html