Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bitkiçilik və heyvandarlıq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb
03.12.10 21:14

Noyabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 8,2 faiz, arpanın 0,4 faiz, lobyanın 0,7 faiz, kələmin 7,2 faiz, xiyarın 17,4 faiz, yerkökünün 1,9 faiz, soğanın 0,3 faiz, göy soğanın 4,2 faiz, kartofun 0,8 faiz, quru otun 3,3 faiz, yoncanın istehsalçı qiymətləri 4,3 faiz bahalaşıb, qarğıdalının qiymətləri 12,3 faiz, pomidorun 0,8 faiz, balqabağın istehsalçı qiymətləri isə 6,3 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən əzgilin istehsalçı qiymətləri 2,3 faiz, limonun 1,6 faiz, naringinin 15,1 faiz, almanın 2,5 faiz, armudun 8,2 faiz, şabalıdın 0,7 faiz, qozun 1,9 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri 1,5 faiz bahalaşmış, üzümün 0,9 faiz, xurmanın 5,2 faiz, narın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal-ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,2 faiz, inək südünün 0,2 faiz, camış südünün 0,1 faiz, diri qoyun və keçilərin 0,3 faiz, ana qoyunun 1,5 faiz, qoyun südünün 4,4 faiz, qoyun ətinin (diri çəkidə) 5,0 faiz, diri qazların 20,0 faiz, ördəyin qiymətləri 14,2 faiz bahalaşıb, hind toyuğunun qiymətləri 1,5 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yunu 1,6 faiz, yumurtanın istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində 1,5 faiz ucuzlaşma müşahidə olunub.
URL / WWW
http://kelam.az/news/a-2386.html