Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Baş konsul Türkiyənin Ermənistanla yaxınlaşmasından məmnundur
19.11.09 20:42

Türkiyənin Ermənistan ilə yaxınlaşmasını müsbət qiymətləndiririk. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Rusiyanın İstanbuldakı Baş konsulu Aleksey Erxov Bursa valisi ilə görüşündə söyləyib. Qafqazdakı ölkələr arasında meydana gələn, xüsusilə Türkiyə ilə Ermənistan yaxınlaşmasından məmnun olduqlarını ifadə edən konsul bu yaxınlaşmanı çox müsbət qarşıladıqlarını söyləyib. “Biz qonşumuz Türkiyəyə hörmət edirik və təbii ki, onun xarici siyasəti bizi də maraqlandırır. Rus hökumətinin üzərində dayandığı mövzu Türkiyə ilə əlaqələrini geniş ölçülü olaraq daha üst səviyyələrə çıxarmaqdır”,-deyə Baş konsul əlavə edib. Rusiya ilə dövlətləri və xalqları arasında isti əlaqələrin olduğunu vurğulayan Bursa valisi Şahabəddin Harput bildirib ki, əlaqələr mədəni, ictimai, iqtisadi, ticari və turizm sahəsində davam edir. “Biz Rusiyadan 30 milyard dollar həcmində mal idxal edirik, 8 milyard dollar ətrafında isə ixracatımız var. Bursanın da Rusiya ilə idxalat və ixracatı olduqca yaxşıdır. Mən bu ziyarətlə Rusiya ilə əlaqələrimizin daha yaxşı səviyyəyə çıxacağına inanıram”,-deyə vali əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-238.html