Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Çilidə işgüzar səfərdə olub
02.12.10 17:54

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Çili Respublikasında işgüzar səfərdə olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Meksikadakı səfirliyimizdən veriblər. Səfər çərçivəsində səfir İ.Muxtarov Çili Xarici İşlər Nazirliyinin Avropa üzrə idarənin rəisi Daniel Karvayo Kepernik (Daniel Carvallo Cepernic) ilə görüşüb. Görüş zamanı, səfir İ.Muxtarov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Çili xarici işlər naziri Alfredo Moreno Çarmeyə ünvanladığı məktubu təqdim eib. Tərəflər bir sıra sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivlərini nəzərdən keçirib, o cümlədən mədəniyyət, təhsil, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar. D.Karvayo qeyd edib ki, uzun illər ərzində siyasi stabilliyin mövcud olması nəticəsində Çili regionun ən aparıcı ticarət ölkələrindən biri olub və bu xüsusda, Çili Azərbaycanla münasibətlərin daha yüksək müstəviyə keçirilməsi və ticarət əlaqələrinin, həmçinin enerji sektorunda əməkdaşlığın inkişafında maraqlıdır. Səfir İ.Muxtarov, E.Məmmədyarovun 2005-ci ildə Çiliyə səfərini xatırladaraq, həmçinin Çilinin xarici siyasət rəhbərinin Bakıya səfərinin iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, hüquqi bazanın genişləndirilməsinə öz növbəsində töhfə verəcəyinə inamını ifadə edib. Görüş zamanı, səfir İ.Muxtarov Çili Xarici İşlər Nazirliyinin rəsmilərinə Azərbaycanın tarixi, həmçinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı və etnik təmizləmə siyasəti, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda müvafiq xəritə əsasında məlumat verib. Çiliyə işgüzar səfər çərçivəsində səfir İ.Muxtarov, həmçinin Çili Diplomatik Akademiyasının Direktoru Pablo Kabrera Qaete (Pablo Cabrera Gaete) ilə görüşüb. Görüş zamanı, səfir İ.Muxtarov Meksika ilə müvafiq əlaqələrin inkişafını misal gətirərək, həmçinin Çilinin gənc diplomatlarının Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq imkanlarından söz açıb. Azərbaycana səfər etmək arzusunda olduğunu bildirən P.Kabrera, səfər çərçivəsində təhsil sahəsində ikitərəfli hüquqi bazanın genişləndirilməsinin vacibliyini söyləyib.
URL / WWW
http://kelam.az/news/a-2374.html