Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda iqlim dəyişmələrinə təsirin azaldılması təşəbbüsləri mövzusunda konfrans keçirilir
30.11.10 18:37

Bu gün Bakıda “Xəzəryanı neft və qaz şirkətlərinin iqlim dəyişmələrinə təsirin azaldılması təşəbbüsləri – regionlararası təcrübə mübadiləsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbir Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW Econ GmbH) və Dünya Bankının “Qlobal Qaz Yandırmalarının azaldılması üzrə tərəfdaşlıq (GGFR)” təşkilatının birgə təşəbbüsü ilə keçirilir. Tədbirdə çıxış edən ARDNŞ-in 1-ci vitse-prezidenti Xöşbəxt Yusifzadə bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanda ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün böyük işlər görməkdədir. Onun sözlərinə görə, ARDNŞ hər il neft hasilatını artırır. X.Yusifzadə vurğulayıb ki, 1996-1997-ci illərdə ölkədə neft hasilatı 5 mlrd. kub/metrə çatırdısa, 2009-2010-cu illərdə bu göstərici 23 mlrd. kub/metrdən çox olub. “Uzun müddətdir ki, ölkəmizdə istər quru, istərsə də dənizdə neft çıxarılır. Təbii ki, bu ərazilərdə müəyyən dərəcədə də olsa çirklənmə prosesi gedir. ARDNŞ Azərbaycanda quru sahədə neftlə çirklənən ərazilərdə böyük təmizləmə işləri aparıb. Bu işlər Xəzər sahillərində də aparılır. Azərbaycanda neftlə çirklənən ərazilərin böyük bir hissəsi təmizlənərək meşə zolaqlarına çevrilməkdədir”,-deyə X.Yusifzadə bildirib. ARDNŞ-in Ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev konfransın əsas məqsədlərindən danışıb. O söyləyib ki, ARDNŞ-in Ekologiya İdarəsinin Almaniya İqtisadi Tədqiqatlar İnstitutu ilə birgə hazırladığı “ARDNŞ-də iqlim dəyişmələrinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi” və GGFR təşkilatı ilə birgə hazırladığı “ARDNŞ-in Əməliyyat Şirkətləri və Birgə Müəssisələrin neft yataqlarından atmosferə atılan səmt qazının azaldılması planı” kimi sənədlərin beynəlxalq səviyyəli mütəxəssislər, dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən müzakirə olunmasıdır. Tədbirdə Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef M.Ouen təmsil etdiyi qurumun bu sahədə ölkəmizə göstərdiyi dəstəkdən danışıb. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ölkəsi ilə birlikdə ARDNŞ-də iqlim dəyişmələrinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi” və GGFR təşkilatı ilə birgə hazırladığı layihənin effektivliyinin nəticəsindən söz açıb. “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Maykl Börns “İqlim çağırışına BP-nin cavabı” kimi mövzularda çıxış edib. Qeyd edək ki, tədbirdə Ekalogiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirliklərinin əməkdaşları da çıxış ediblər. Xatırladaq ki, beynəlxalq konfransda ümumilikdə 70 təşkilatdan 120 nəfərdən çox nümayəndə iştirak edib.
URL / WWW
http://kelam.az/news/a-2351.html