Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda MDB-yə üzv 5 ölkə arasında Deklarasiya imzalandı
30.11.10 18:37

Bu gün Bakıda, M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə MDB İcraiyyə Komitəsi “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şuranın XV iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasa Azərbaycanla yanaşı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələri qatılıblar.İclasda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın son illər digər sahələrdə olduğu kimi teatr, musiqi və kitabşünaslıq sahəsində də beynəlxalq tədbirlər ocağına çevrildiyini bildirib. Nazir müavini qeyd edib ki, bu kimi tədbirlərə ev sahibliyi etməklə Azərbaycan öz mədəniyyəti ilə dünya miqyasına inteqrasiyasını sürətləndirir. Ə.Vəliyev qonaqlara ölkəmizin son illər mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Nazirliyin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu Azərbaycanda kitabların müdafiəsi ilə bağlı dövlət səviyyəsində görülən işlərdən danışıb. Belarusun informasiya nazirinin müavini Liliya Ananiç ölkəsində nəşiriyyat sahəsinə olan maraqdan bəhs edib. O, qeyd edib ki, Belarus bu sahədə MDB ölkələri ilə əməkdaşlığa hazırdır. Tədbirdə həmçinin MDB-nin Müstəqil Kitab Yayımı Asosassiyasının vitse-prezidenti Anatoli Qorbunov da iştirak edib. İclasda iştirakçı ölkələr arasında kitabların birgə müdafiəsi ilə bağlı Bakı deklarasiyası da imzalanıb. Qeyd edək ki, MDB İcraiyyə Komitəsi “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şura 1999-cu ildə yaradılıb. Azərbaycan 2005-ci ildən Şuraya üzv olub və qurumun iclaslarında ardıcıl olaraq fəal iştirak edir. Şura dövri mətbuat, kitab nəşri, kitab yayımı, kitabın təbliği və müdafiəsi, poliqrafiya məsələləri üzrə əməkdaşlıq sahəsində mühüm normativ sənədlər hazırlayır, MDB üzvü ölkələrində göstərilən sahə üzrə birgə tədbirlər müəyyən edir və ölkələr arasında çap məhsulları mübadiləsini tənzimləyir. Hazırda bu quruma sədrliyi Azərbaycan edir. Rəsmi sədr Ç.Əlioğludur.
URL / WWW
http://kelam.az/news/a-2350.html