Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Səfir Hulusi Kılıç Sumqayıtda “BASF Kaspian Yapı Kimyasalları sanayi MMC” zavodunda olub
30.11.10 18:37

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Sumqayıtda “BASF Kaspian Yapı Kimyasalları sanayi MMC” zavodunda olub. KƏLAMİNFO xəbər verir ki, dünya kimya sənayesinin flaqmanı olan “BASF” şirkətinin Qafqazda və bütün Xəzər regionunda hələlik yeganə müəssisəsi olan bu zavod 2006-cı ilin avqustunda işə salınıb. BASF Caspianın baş direktoru Ümid Başdaş təqdimat mərasimində BASF-ın yaranması tarixindən, konsernin dünya kimya sənayesində qazandığı nailiyyətlərdən söz açıb. Respublikanın inşaat sektorunu alman texnologiyası ilə hazırlanan yüksək keyfiyyətli materiallarla təchiz edən müəssisənin təkliflər paketi kifayət qədər qalındır. Müəssisə direktorunun sözlərinə görə, burada 40-dan çox adda məhsul, o cümlədən geniş çeşiddə beton əlavələri, dam və döşəmə üçün poliuretan örtüklər, tava və təbii daş döşəmə üçün materiallar və s. istehsal edilir. Konsernin cəmiyyətin həyatında oynadığı rol, onun Azərbaycanın inşaat layihələrində iştirakı səfirin xüsusi marağına səbəb olub. H.Kılıç BASF-ın müxtəlif ölkələrdən olan insanları işlə təmin etdiyini, çoxmillətli komandanın mütəşəkkil fəaliyyət göstərməsinə rəvac verdiyini söyləyib. Nümayəndə heyəti zavoddakı texnoloji proseslə tanış olub.
URL / WWW
http://kelam.az/news/a-2349.html