Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Soltan Əliyev: “Ekoloji park”da 4 ədəd orta ölçülü külək generatorları quraşdırılıb”
30.11.10 18:37

Dövlət Neft Şirkəti ekalogiya sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsində model olaraq “Ekoloji park”ın tikintisini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, bu barədə ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev jurnalistlərə bildirib. Onun sözlərinə görə, nativ enerji əldə etmək üçün ARDNŞ-in Ekalogiya İdarəsi tərəfindən tikintisi həyata keçirilən “Ekoloji park”da 4 ədəd orta ölçülü külək generatorları və böyük sahədə günəş panelləri quraşdırılıb. ARDNŞ təmsilçisi vurğulayıb ki, parkda yeni-yeni ideyalar meydana çıxdığı üçün ilin sonuna kimi bu proseslər başa çatdırılacaq. O, yaxın aylarda “Ekoloji park”ın açılışı keçiriləcəyini də qeyd edib. “Həmin sahədə nativ enerji mənbələrindən istifadə olunur. İlk olaraq bu layihəni həyata keçirdik və effekt verdiyini gördük. Gələcəkdə də ARDNŞ-in bütün strukturlarında nativ enerji mənbələrindən istifadəni geniş miqysalı tətbiq edəcəyik. O cümlədən də dənizdə, neft-qaz hasilatı sahələrində”,-deyə S.Əliyev söyləyib.
URL / WWW
http://kelam.az/news/a-2345.html