Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DQMK-nin sədr müavini V.Misirovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada işgüzar səfərdə olub
30.11.10 18:37

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədr müavini Vəfadar Misirovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada işgüzar səfərdə olub. Prezident Administrasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və DQMK əməkdaşlarından ibarət nümayəndə heyətinin səfərinin əsas məqsədi elektron hökumət sahəsində Avstriya təcrübəsi ilə tanışlıq və bu təcrübənin Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsi olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQMK-dən veriblər. Səfər zamanı Avstriya Federal Kansler Aparatı, Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirilib.Göruşlərdə “Elektron hökumət sahəsində Avstriya qanunvericiliyi”, “Avstriyada elektron hökumətin elementləri – tam elektron proses”, “Dövlət qulluqçularının elektron idarəedilməsi və təlimlərə cəlb edilməsi”, “Qanunyaradıcılığı prosesi – Elektron Qanun”, “Avstriya qanunvericilik informasiya sistemi (RİS)”, “ELAK – Elektron sənəd dövriyyəsi sistemi”, “Vətəndaşlar və biznes üçün elektron xidmətlər”, “Əhalinin reyestri”, “Avstriyada insan resurslarının idarə edilməsi və təşkilati idarəetmə”, “İnsan resursları və idarəetmə”, “Avstriyanın dövlət idarəçiliyi strukturu” mövzuları üzrə təqdimatlar olub. Səfər çərçivəsində müvafiq sahələr üzrə gələcək əməkdaşlığın istiqamətləri müzakirə edilib.
URL / WWW
http://kelam.az/news/a-2341.html