Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Respublika ərazisində növbəti reyd keçirilib
29.11.10 19:03

Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə 15-25 noyabr tarixlərində növbəti reyd keçiriblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Reyd zamanı Beyləqan rayonunda fəaliyyət göstərən “Həyat” restoranından 3 canavar, 3 qartal, 3 anqurt quşu, 3 qutan quşu və 1 qu quşu, Samux rayonundakı şərab zavodunun həyətindən 2 ayı, Şamaxı rayonunda fəaliyyət göstərən “Qızıl daş” restoranından isə 1 maral müsadirə olunaraq götürülüb. Qanunu pozmuş şəxslər AR “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.
URL / WWW
http://kelam.az/news/a-2329.html