Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BDU-da yaradılan Erməni Araşdırmaları Elmi Mərkəzi araşdırmalara başlayıb
29.11.10 19:03

İlin sonuna kimi Bakı Dövlət Universitetində (BDU) yaradılan Erməni Araşdırmaları Elmi Mərkəzinin (EAM) strukturu tam formalaşdırlacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində EAM-nin rəhbəri Qafar Çaxmaqlı söyləyib. Artıq EAM-nin fəaliyyətə başladığını xatırladan Q.Çaxmaqlı hazırda mərkəzdə erməni dilini mükəmməl bilən kadrlarla birlikdə müvafiq araşdırmalar üzərində iş apardıqlarını söyləyib. Onun sözlərinə görə, bütövlükdə EAM-də 6-7 təcrübəli kadrın çalışması nəzərdə tutulub və mərkəzin strukturunun tam formalaşması üçün müvafiq iş aparılır. Qeyd edək ki, yeni mərkəz həm ölkə daxilində, həm də xarici dövlətlərdə “erməni məsələsi”nin əsl mahiyyətini, müəyyən tarixi dövrlərdə Qərbin missioner fəaliyyətini, Anadolu və Cənubi Qafqazda güddükləri məqsədləri, Ermənistan dövləti yaratmaq planlarını və nəhayət, tarixi Azərbaycan torpaqları hüdudlarında bu planın gerçəkləşməsini elmi cəhətdən analiz edəcək, bütün incəlikləri ilə araşdırıb ortaya qoyacaq. Mərkəzdə erməni terrorunun xarakteri açılacaq, tarixi düşmənlərimizin xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin xronologiyasi hazırlanacaq. Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən hadisələrə düzgün qiymət vermək mərkəzin qarşısında duran əsas vəzifələrdəndir. Mərkəz ermənidilli mətbuatda, internet saytlarında və TV-lərdə (Ermənistan İctimai TV, “Şant TV”, “USArmenia TV”, Yerkir- Media TV və s.) gedən materialları sistemləşdirəcək, onların əsasında analitik materiallar hazırlayacaq, araşdırmalar aparacaq. Bu mövzuda aparılan elmi tədqiqatlar, yazılan məqalələr müxtəlif dillərə tərcümə edilərək mərkəzin saytına yerləşdiriləcək.
URL / WWW
http://kelam.az/news/a-2324.html