Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu il Azərbaycanda 1854 nəfər narkotik istifadəçisi olan xəstə qeydə alınıb
29.11.10 19:03

Cari il ərzində Respublika ərazisində ümumi diaqnozla 1854 nəfər narkotik istifadəçisi olan xəstə qeydə alınıb. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Respublika Narkoloji Dispanserin rəsi müavini Afət Məmmədova bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 24 minə yaxın narkotik istifadəçis qeydə alınıb. A.Məmmədov qeyd edib ki, bunlardan 580 nəfəri qadındır. “Ümumi diaqnozla bu il ərzində qeydə alınanların 750 nəfəri narkotk maddə istifadəçisidir. Qalanları isə başqa diaqnozla- alkoqolizm və taksikomaniya ilə qeydə alınıblar. Bunlardan da 5%-i qadın, qalanları isə kişidir. Yaş həddinə gəldikdə isə, əsasən xəstələr arasında 18- 32 yaş arası insanlarda narkomaniya daha çox üstünlük təşkil edir”,-deyə A.Məmmədov vurğulayıb. O, qeyd edib ki, Dispanserə əsasən xəstə o halda müraciət edir ki, tam narkoloji xəstəlik formalaşıb və xəstəlik artıq kecikmiş mərhələdir. “Qeydə alınanların demək olar ki, əksəriyyəti mülaicə oluna bilir. Bizdə qeydiyyat əsasən iki istiqamətdə aparılır; birinci Narkoloji Dispaneserə müraciət edən xəstə kimi, ikinici Məhkəmə Narkotika Tibbi Ekspertizadan keçirilən, barələrində məcburi müalicə verilən xəstələr. Bununla da Ədliyyə Nazirliyinin müvafiq qurumu məşğul olur”,-deyə A.Məmmədova bildirib.
URL / WWW
http://kelam.az/news/a-2320.html