Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Korrupsiyaya qarşı “Tvininq” layihəsi uğurla həyata keçirilir
18.11.09 20:48

Bu gün Mətbuat Şurasında Latviya Respublikasının korrupsiaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu olan Korrupsiyaya Qarşı Mübarizə Bürosunun Qabaqlayıcı Tədbirlər İdarəsinin (KNABQTİ) əməkdaşı İlze Leimane, ictimaiyyətlə əlaqələr və tədris şöbəsinin mütəxəsisi Aleksey Şnitnikovla görüş keçirildi. KƏLAMİNFO xəbər verir ki, qonaqlar 5 əsas istiqamət üzrə həyata keçirilməsi nəzərdə tutulan Tvininq layihəsinin “Korrupsiyaya qarşı mübarizə idarəsinin vətəndaş cəmiyyəti institutları ilə korrupsiyaya qarşı mübarizə sahəsində əlaqələrinin gücləndrilməsi” komponenti üzrə ölkəmizdə səfərdədirlər. Tədbirdə çıxış edən İlze Leimane KNABQTİ haqqında məlumat verdi və layihə haqqında danışdı. Bildirdi ki, Avropa İttifaqının (Aİ) üzv dövlətlərinin və Benefisiar ölkələrin dövlət idarəçilik qurumları arasında əməkdaşlıq aləti olan Tvininq layihəsi Avropa İttifaqı ilə Azərbaycan arasında “Avropa qonşuluq siaysəti” planı çərçivəsində həyata keçirilir. Proqram Aİ üzv ölkələrinin dövlət qurumlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilib. Tədbirdə Tvininq layihəsi çərçivəsində əməkdaşlığın Avropa strukturlarına inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynayacağı, həyatımızın müxtəlif sahələrini Aİ standartlarına yaxınlaşdırmağın ölkəmiz üçün çox önəmli olduğu vurğulandı. Qeyd edək ki, Litva Respublikasının Xüsusi İstintaq Xidməti Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək məqsədilə Tvininq layihəsi üzrə tərəfdaş seçilmiş və bu layihə müştərək sənəd olmaqla qarşı tərəfin ehtiyac və tələbatı nəzərə alınmaqla qabaqcıl Avropa təcrübəsinin ötürülməsini nəzərdə tutur. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü olan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu layihə həmçinin Azərbaycan və Aİ Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən daha bir müvəffəqiyyətli addım hesab edilir. Aİ ilə Azərbaycan arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir və bu baxımdan Aİ Tvininq layihəsi çərçivəsində əməkdaşlıq yüksək dəyərləndirilir.
URL / WWW
http://kelam.az/news/a-232.html