Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda daha bir yol qovşağının 3-cü mərhələsi istifadəyə verilib
29.11.10 19:03

Bakıda daha bir yol qovşağının 3-cü mərhələsi istifadəyə verilib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, körpünün 2011-ci ildə tamamilə istifadəyə verilməsi planlaşdırılır. Bakıda Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol qovşağının III mərhələsi istifadəyə verilib. Yol qovşağının kommunikasiya xətlərinin olduğu ərazidən keçməsi ilə əlaqədar işlər davam etdirildiyindən qovşaq tam şəkildə 2011-ci ildə hazır olacaq. Körpünün I mərtəbəsi Azadlıq prospekti boyunca hərəkəti təmin edir. II mərtəbə xidmət sahələri, eyni zamanda piyada keçidlərindən ibarətdir. Üçüncü mərhələ nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün nəzərdə tutulub. Burada nəqliyyatın və piyadaların hərəkəti bütün istiqamətlərdə maneəsiz olaraq həyata keçirilir. Bu kompleksin dördüncü mərhələsinin açılışı 2011-ci ilin birinci yarısında həyata keçiriləcək və dayanacaq, xidmət və piyada keçidlərinin tam istifadəyə verilməsilə yol qovşağı tamamilə istismara veriləcək.
URL / WWW
http://kelam.az/news/a-2319.html