Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ASB-nin bütün filiallarında CATEL və FONEX ödənişlərinin qəbuluna başlanılıb
29.11.10 19:03

Azərbaycan Sənaye Bankı ASC və Silverkey Azərbaycan şirkəti ilə yaradılan əməkdaşlıq əsasında Bankın bütün filiallarında stasionar telefon sahəsində CATEL, mobil operator sahəsində isə FONEX ödənişləri qəbul edilməyə başlanılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ASB-dan veriblər. Hazırda bankın filiallarında “Azercell”, “Bakcell”, “Azerfon-Vodafone”, “Narmobile”, “AzTelekom”, BTRİB, “Bakinternet”, “Azdatakom”, “Azəriqaz”, “Azərsu”, Bakıelektikşəbəkə xidmətləri üzrə ödənişlər qəbul edilir. Xatırladaq ki, xidmət ödənişlərini filiallardan başqa, Azərbaycan Sənaye Bankının www.asb.az - internet saytı üzərindən online olaraq da ödəmək olar. Ödənişin təsdiqi, ödəniş əməliyyatı bitdikdən sonra, avtomatik olaraq, ekranda göstərilir, lazım olduğu halda isə ödəniş qəbzini çap etmə imkanı da var. Bütün ödənişlər onlayn - real zaman ərzində işlənilir. Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildə “CI Bank” kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 114,544 milyon manat, depozit portfeli 79,063 milyon manat, kredit portfeli 70,913 milyon manat, məcmu kapitalı 26,056 milyon manat, o cümlədən nizamnamə kapitalı 22,114 milyon manat təşkil edir. Hazırda bankın ölkə üzrə 8 filialı, 28 bankomatı və 283 POS-terminalı fəaliyyət göstərir. Müştəri sayı 25.000 - dən çoxdur.
URL / WWW
http://kelam.az/news/a-2313.html