Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Səhiyyə Nazirliyinin “donuz qripi” ilə bağlı hazırladığı xüsusi plakatlar Təhsil Nazirliyinə təqdim olunub
18.11.09 20:48

Sel nəticəsində yararsız hala düşən məktəblərdə bərpa işləri davam etdirilir. Bu tip məktəblər elə də çox deyil və bunların sayı 3-4-dür. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib. “Biz çalışırıq ki, tədris pozulmasın. Müvəqqəti olaraq şagirdləri başqa məktəblərdə yerləşdirmək şərtilə həmin məktəblərin hamısı bərpa olunacaq”,-deyə M.Mərdanov məsələ ilə bağlı son məlumatları açıqlayıb. Xatırladaq ki, bir neçə ay öncə güclü sel nəticəsində Salyan və Hacıqabul rayonlarında ciddi problemlər yaşanıb. Həmin problemlər arasında bir neçə məktəbin sıradan çıxması da olub. Nazir tədris ocaqlarında “donuz qripi” ilə bağlı dezinfeksiya işlərinin aparılması ilə bağlı məsələyə də münasibət bildirib və qeyd edib ki, sözügedən proses başa çatmayıb və hazırda bu iş davam etdirilir. Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi və müvafiq qurumlarla birgə ciddi işlər aparıldığını söyləyən M.Mərdanov qeyd edib ki, Səhiyyə Nazirliyi bu işlə bağlı xüsusi plakatlar hazırlayıb və onlar kütləvi şəkildə Təhsil Nazirliyinə təqdim olunub. Onun sözlərinə görə, plakatlar profilaktik tədbirlər görmək üçün məktəblərə çatdırılacaq. Məktəblərdə şagirdlərin qoruyucu maska taxması məsələsinə də münasibət bildirən M.Mərdanov vurğulayıb ki, bu məsələ məcburi deyil. “Şükürlər olsun ki, bu virus ölkədə geniş yayılmayıb”,-deyən nazir son günlərin aktual mövzusu barədə belə şərh verib.
URL / WWW
http://kelam.az/news/a-231.html