Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Almaniya Maliyyə Nazirliyinin mütəxəssisi S.Şaumanın DİA-da mühazirəsi olub
26.11.10 16:49

Almaniya Maliyyə Nazirliyinin Dövlət payı və investisiyaların idarə edilməsi üzrə mütəxəssisi Syuzan Şaumanın Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” istiqaməti üzrə keçirilən qısamüddətli kurslarda mühazirəsi olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DİA-nın Beynəlxalq əlaqələr şöbəsindən veriblər. Mühazirəsində S.Şauman Almaniya müəssisələrində dövlət payının idarə edilməsi, dövlətin iqtisadiyyatda ümumi iştirakının hansı səviyyədə olması, korporativ idarəçilik təcrübəsinin xüsusiyyətlərindən bəhs edib.Qeyd edək ki, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə keçirilən mühazirə çərçivəsində görüş də təşkil edilib. Görüşdə DİA-nın Tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev qonaqlara ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi sahədə münasibətlərin ildən-ilə zəngin təməl üzərində inkişaf etməsindən və xalqlarımız arasındakı dostluq əlaqələrinin əhəmiyyətindən danışıb. O, gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Sonda GTZ rəhbəri Volf Şmider qısamüddətli kursların iştirakçılarına sertifikatlar təqdim edib.
URL / WWW
http://kelam.az/news/a-2306.html